Serenay Neslihandan daha BAHA OLDU - FOTOLAR
Bizi izləyin

Magazin2

Serenay Neslihandan daha BAHA OLDU - FOTOLAR

Serenay Nəslihanı geridə qoydu

Məşhur cins firmasının siması olan Serenay Sarıkaya indi də şampun firmasının reklam üzü olacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serenay Sarıkaya 2014-cü ildə şampun reklamından 250 min tl qazanıb. Məlum olub ki, Serenayın saçlarının dəyəri 2 il ərzində artıb. Belə ki, Sarıkaya bu il şampun firmasıyla 1.5 milyon TL-lik (təxminən 750 min manat) reklam müqaviləsi imzalayıb. Yeri gəlmişkən onu da qeyd edək ki, 1 illik müqavilə ərzində məşhur aktrisa saçlarının rəngini və modelini dəyişə bilməz.

Məlumat üçün bildirək ki, Neslihan Atagül yayda başqa şampun makrasının siması olmağa razılıq verib və reklamdan 1 milyon TL qazanıb.

Xatırladaq ki, cins brendi ilə əməkdaşlıqdan 750 min TL əldə edən S.Sarıkaya bu yaxınlarda bu firma ilə yollarını ayırıb və onun yerinə Kıvanç Tatlıuğ gəlib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm