Məşhur solist terroru dəstəklədiyi üçün həbs olundu
Bizi izləyin

Magazin2

Məşhur solist terroru dəstəklədiyi üçün həbs olundu

Məşhur solist terroru dəstəklədiyi üçün həbs olundu

İspaniya Ali Məhkəməsi "Def con Dos" adlı musiqi qrupununun solisti Sezar Avqusto Montana Lehmanna 1 il həbs cəzası verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məhkəmənin qərarına səbəb müğənninin 2013-ci ilin noyabrından 2014-cü ilin yanvarınadək "Twitter" hesabında ETA ə GRAPO terror təşkilatlarını (1 Oktyabr Antifaşist Dirəniş Təşkilatı) dəstəkləyən və terror qurbanlarına qarşı alçaldıcı ifadələrin yer aldığı paylaşımları olub.

Prokurorluq müğənniyə 1 il 8 ay cəza verilməsini tələb etsə də, Milli Məhkəmə keçən ilin iyul ayında ona bəraət verib, lakin dövlət ittihamçısı qərarla razılaşmayaraq protest verib.

İspaniya Ali Məhkəməsi isə solistə 1 il həbs cəzası verib, eyni zamanda fəaliyyətinə 6 il 6 ay müddətinə qadağa qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm