Məşhur "Lambada" mahnısının ifaçısı NİYƏ ÖLDÜRÜLDÜ? - TƏFƏRRÜAT (YENİLƏNİB)
Bizi izləyin

Magazin2

Məşhur "Lambada" mahnısının ifaçısı NİYƏ ÖLDÜRÜLDÜ? - TƏFƏRRÜAT (YENİLƏNİB)

Məşhur "Lambada"nın ifaçısı öldürüldü.

Məşhur "Lambada" mahnısının ifaçısının öldürüldüyü məlum olub.

Apa-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, braziliyalı musiqiçi, 63 yaşlı Loalva Brazın yanmış maşınında ölü tapılması ilə əlaqədar polis 3 nəfəri saxlayıb.

Tutulanlardan birinin tanınmış musiqiçinin hotelində çalışan şəxs olduğu açıqlanıb. Həmin şəxs cinayəti törətdiyini etiraf edərək L.Brazı pullarını ələ keçirmək məqsədilə öldürdüklərini bildirib. Digər iki nəfər də musiqiçini qarət məqsədilə öldürdüklərini etiraf edib.

"Lambada" mahnısı ilə 30 milyona yaxın albom satan "Kaoma" qrupunun solisti L.Braz 1985-ci ildə uzun illər yaşadığı Fransadan Braziliyaya köçüb.

***

Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı Loalva Braz ölü tapılıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, müğənninin yanmış cəsədi Rio-de-Janeyro ştatında şəxsi avtomobilində aşkar edilib.

Polis əməkdaşları hadisəni qətl kimi araşdırır.

Ölümündən bir qədər əvvəl Loalva Brazın evində iki naməlum şəxsin görüldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm