Hadisə belə kişiləri xoşlayır - FOTOLAR
Bizi izləyin

Magazin2

Hadisə belə kişiləri xoşlayır - FOTOLAR

“O Səs Türkiyə” mahnı müsabiqəsinin sevilən münsifi Hadisə pərəstişkarları ilə görüşüb.

“O Səs Türkiyə” mahnı müsabiqəsinin sevilən münsifi Hadisə pərəstişkarları ilə görüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni yeni albomunun yayda çıxacağını bildirib. Hadisə jüri üzvü olduğu “O Səs Türkiyə”də bu il çempion olmağı qarşısına məqsəd qoyduğunu da etiraf edib:

"İnşallah birinci olacağıq. Olmasaq da, dünyanın sonu deyil. Amma qalib olsaq, mən ən xoşbəxt insan olaram".

İfaçı “O Səs Türkiyə”nin yeni il buraxılışında qazandığı birinciliyi isə belə şərh edib: "Yazıqları gəldiyi üçün məni seçdiklərini düşündüm, amma gözəl idi".

Hadisə yaxın dostu Murad Boz kimi filmə çəkilmək istəyini dilə gətirib: "Yeni layihələr üçün danışıqlara başlamışıq. Polis rolları çox xoşuma gəlir".

Hadisə jurnalistlərin “Bir kişidə axtardığınız xüsusiyyətlər nədir?” sualına "Statusu, adı deyil, adam kimi adam olması, duruşu, danışıq tərzi, insanlarla olan münasibəti mənim üçün çox əhəmiyyətlidir", - deyə cavab verib.

Geyimləri ilə hər kəsi təəccübləndirən müğənni bu dəb ənənəsinə sadiq qalıb. Belə ki, Hadisə pərəstişkarları ilə görüşə qara krujeva bluz və qısa ətəkdə gəlib. İfaçının büstqalterinin açıq şəkildə görüməsi diqqətdən qaçmayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm