10 dəqiqəyə boşandılar və ayrılan kimi bunu etdilər – FOTOLAR
Bizi izləyin

Magazin2

10 dəqiqəyə boşandılar və ayrılan kimi bunu etdilər – FOTOLAR

Aktyorla aktrisa bir-birindən heç bir təzminat istəməyib

Birce Akalay ilə Sarp Levendoğlunun 2017-ci ildə boşanan ilk məşhur cütlük olduğunu xəbər vermişdik.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorla aktrisa bir-birindən heç bir təzminat istəmədiyi üçün məhkəmə prosesi cəmi 10 dəqiqə çəkib. Birce ilə Sarp boşanan kimi bir-birlərini sosial şəbəkədə izlənmə siyahısından silib. Lakin məlum olub ki, aktyor dünən axşam keçmiş həyat yoldaşını sosial şəbəkədə yenidən təqib edib.

Xatırladaq ki, cütlük 2014-cü ildə “Küçük Ağa” serialının çəkilişlərində tanış olub.

Cütlüyün boşanma səbəbi kimi Sarp Levendoğlunun həyat yoldaşını həmkarı Dərya Şensoy ilə adlatdığı göstərilir. Dərya Şensoy bu xəbərləri təkzib etsə də, sevgilisi Seçkin Özdemirdən ayrıldığı iddia olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm