"Rəcəb İvedik 5"-ə BÖYÜK ŞOK: Film haqqında istintaq BAŞLADI
Bizi izləyin

Magazin2

"Rəcəb İvedik 5"-ə BÖYÜK ŞOK: Film haqqında istintaq BAŞLADI

Rəcəb İvedikə daha böyük şokla qarşı-qarşıya

Türkiyənin Gənclər və İdman Nazirliyi “Rəcəb İvedik 5” filmindəki boks səhnələrinin çəkildiyi yerlər üçün icazə alınmadığı səbəbilə istintaqa başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdəki boks səhnələri Azərbaycanda etiraza səbəb olduğu üçün həmin hissəni çıxartmağa qərar verən Şahan Gökbakar daha bir şok yaşayıb. Türkiyə KİV-lərinin yazdığına görə, Gənclər və İdman Nazirliyi stadion meydançasında və boks zalında çəkilən görüntülər üçün rayon idarələrinə məktub göndərib. Görüntülərin harada çəkildiyini müəyyən etmək üçün məktubda boks zallarının və stadionlarının filmdəki eyni prizmadan fotolarının çəkilərək göndərilməsini tələb olunub.

Məlum olub ki, bu yerlərdə çəkilişlər Gənclər və İdman Nazirliyindən icazə alınmadan çəkilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm