Tuba Büyüküstün qızlarının doğum gününə ərini çağırmadı - FOTOLAR
Bizi izləyin

Magazin2

Tuba Büyüküstün qızlarının doğum gününə ərini çağırmadı - FOTOLAR

Tuba Büyüküstün qızlarının doğum gününə ərini çağırmadı

Tuba Büyüküstün dünən qızları Torpaq və Mayanın doğum gününü qeyd edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, doğum günü şənliyində aktrisanın həyat yoldaşı Onur Saylak iştirak etməyib. Əvəzində aktrisa qızlarının doğum gününə onların yaxın dostlarını dəvət edib.

Tuba Büyüküstün Torpaq və Mayanın 5 yaşı tamam olması münasibəti ilə doğum günündə çəkilən şəkli İnstagramda paylaşaraq bunları deyib: "Yaxşı ki, gəldiniz Torpaq və Maya. Doğum günümüz mübarək olsun, qızlarım. O qədər böyüyük ki, qəlblərimiz də məhəbbət və dostluqla dolub. Doğum gününü özləri, ürəkləri, ağılları bizimlə olanlarla qeyd etdik. Təşəkkür edirik" .

Onur Saylak doğum günü şənliyinə qatılmasa da, öz növbəsində sosial şəbəkədə qızlarının fotosunu paylaşıb və onları təbrik edib.

Xatırladaq ki, bir neçə aydır ki, cütlüyün ayrıldığı iddia olunur. “Cəsur və Gözəl” serialında rol alan aktrisa isə bu barədə hər hansı şərh verməkdən imtina edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm