Məşhur xanım aparıcı ölkəsini tərk edərək Bakıda YAŞAYACAQ - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Məşhur xanım aparıcı ölkəsini tərk edərək Bakıda YAŞAYACAQ - FOTO/VİDEO

Məşhur aparıcı ölkəsini tərk edərək Bakıda yaşamaq

Türkiyənin TRT kanalının məşhur aparıcısı və yazıçı Özgə Uzun 20 ildir ki, yaşadığı ölkəsini tərk edərək Azərbaycanda yaşamaq qərarı verib.

Publika.az xəbər verir ki, keçmiş həyat yoldaşı Volkan Üstlə yenidən ailə qurmağa hazırlaşan aparıcı bundan sonra Türkiyədən ayrılaraq Bakıda yaşayacağını açıqlayıb.

Bu günlərdə özünə xına gecəsi keçirən Ö.Uzun 20 ildir yaşadığı İstanbuldan ayrılacağını sosial şəbəkədə paylaşıb. O, bundan sonra Bakıda yaşayacağını və yeni bir həyata başladığını yazıb.

Qeyd edək ki, Ö.Uzunun V.Üstdən iki övladı var. Cütlük 2015-ci ildə boşanıb. Ötən il noyabr ayında qonaq kimi dəvət edildiyi verilişdə V.Üst tərəfindən evlilik təklifi alan aparıcı, buna müsbət cavab vermişdi. Həyat yoldaşı Bakıda yaşadığından evləndikdən sonra Azərbaycana yerləşmək qərarını verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm