“Qalatasaray”ın ulduzundan ŞOK HƏRƏKƏT: Qızı çılpaq...
Bizi izləyin

Magazin2

“Qalatasaray”ın ulduzundan ŞOK HƏRƏKƏT: Qızı çılpaq...

Ehtiras qurbanı olub.

Türkiyənin “Qalatasaray” klubunun portuqaliyalı futbolçusu Bruma ehtiras qurbanı olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə təhsil alan Sinem Ulusoy adlı tələbə portuqaliyalı futbolçunun ondan çılpaq fotolarını istədiyini iddia edib. 18 yaşlı qız futbolçunun seksual xarakterli mesajlarını "instagram"da paylaşıb. Yazışmalarda 22 yaşlı yarımmüdafiəçinin qızdan alt paltarında olan fotolar istədiyi məlum olub.

İstanbul klubunun azarkeşləri Sinemi saxtakarlıqda ittiham edib. Lakin Ulusoy paylaşımların doğru olduğunu sübut etmək üçün yazışmaları video şəklində də paylaşıb. Qızın sözlərinə görə, izlənmə siyahısında cəmi 70 nəfər ən yaxın dostları olduğunu düşünərək özəl yazışmanı paylaşmağa qərar verib. O, futbolçunu ifşa və təhdid etmədiyini, eləcə də ondan pul istəmədiyini vurğulayıb:

"Yalan demirəm, məhkəməyə müraicət etməli şəxs varsa, o da mənəm. Mən sadəcə, olan söhbəti bölüşdüm, bu, məhkəməlik hadisə deyil. Məsələ ilə bağlı daha heç nə paylaşmayacam və yazılanlara da reaksiya verməyəcəyəm!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm