Ancelina Coli ikinci filmi təqdim etdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Ancelina Coli ikinci filmi təqdim etdi - FOTOLAR

Ancelina Coli Kambocada çəkdiyi "Birinci mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father: A Daughter of Cambodia Remembers") filmini təqdim edib.

Publika.az spletnik.ru-ya istinadən xəbər verir ki, təqdimat mərasimində aktrisanın övladları: Meddoks, Paks, Zaqhara, Şayla, əkiz uşaqları Vivyen və Noks da qatılıb.

Gündüz aktrisanın mətbuat nümayədələri ilə mətbuat konfransı keçirilib, axşam isə ekran işi nümayiş olunub. Kambocalı qız haqqında çəkilən filmin təqdimat mərasiminə ölkənin mədəniyyət və incəsənət naziri Pxyan Sakona da gəlib.

Gecənin diqqət çəkən əsas detallardan biri hər zaman qaraya üstünlük Ancelinanın bu dəfə çəhrayı rəngdə libas geyinməsi və kürək dekoltesi olub. Daha bir diqqət çəkən məqam isə Ancelinanın böyük qızı Şaylonun tədbirə kişi kostyumunda gəlməsi olub. İddialara görə, Şaylo özünü oğlan kimi hiss edir və gələcəkdə cinsiyyətini dəyişdirməyi düşünür.

Aktrisa çıxışı zamanı bildirib ki, filmin çəkilməsinə onu oğlu Meddoks ruhlandırıb. Çəkilişlərdə də özü iştirak edib və anasına əlindən gələn yardımı göstərib. İlk dəfə Tomb Reyderin çəkilişləri zamanı ana olmağı düşünməyə başladığını söyləyən Ancelina Coli 2 il sonra Kambocada gördüyü uşağı - Meddoksu övladlığa götürüb. Bu hadisədən dərhal sonra yardıma möhtacı olan uşaqlar üçün fəaliyyət göstərən fond yaradıb.

Qeyd edək ki, Colinin filmində oğulluğa götürdüyü 14 yaşlı Meddoks da rol alıb. Özünü rejissor kimi sınamaq qərarına gələn aktrisa bu filmin yaradıcılığında böyük rol oynadığını bildirib: “Kamboca məni tamamilə dəyişdi. Başa düşdüm ki, məktəbdə bəzi tarixi həqiqətləri bizdən gizlədirlər”.

Coli "Uşaqlarımın köklərinin haradan gəldiyini bilmələrini istəyirəm" deyərək Meddoksun kamera arxasında onunla birlikdə vəzifə almasından məmnunluq duyduğunu söyləyib.

A.Coli mətbuat konfransında jurnalistlərin Bred Pittlə bağlı verdiyi sualları da cavablandırıb: "Bu haqda çox danışmaq istəmirəm. Ancaq bunu deyə bilərəm ki, bu, çox çətin vaxtlardır. Biz ailəyik və hər zaman da ailə qalacağıq. Biz bu dövrü yaşayacağıq və ümid edirəm ki, daha güclü bir ailə olacağıq".

Aktrisa ABŞ prezidenti Donald Tramp haqqında da fikirlərini dilə gətirib: "Amerika xalqı bütün prezidentlərdən daha böyükdür. Ölkəmə və dəyərlərimizə inanıram. Hazırda hiss etdiyimiz çox şeyin bünövrəsində qorxu və nifrət yaymaq, insanları irqlərinə və fikirlərinə görə ayırmaq dayanır. Bu, əsl Amerika deyil".

Məlumat üçün bildirək ki, sözügedən film aktrisanın rejissorluq etdiyi sayca ikinci filmidir. Onun baş rollarda özü və keçmiş həyat yoldaşı Bred Pittin çəkildiyi "Mavi Sahil" filmi uğursuzluqla nəticələnmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm