47 yaşlı Cennifer Lopes gənc kişilərlə sevişməsindən danışdı: "Onlar dərhal..." - FOTOLAR
Bizi izləyin

Magazin2

47 yaşlı Cennifer Lopes gənc kişilərlə sevişməsindən danışdı: "Onlar dərhal..." - FOTOLAR

Cennifer Lopes gənc kişilərlə sevgili olmasından danışdı

47 yaşlı Cennifer Lopes Ellen DeCeneresin aparıcılıq etdiyi şounun növbəti qəhrəmanı olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni müsahibəsində həm yaradıcılığından, həm də özündən yaşca cavan kişilərlə sevgili olmasından bəhs edib:

"Mən xüsusi olaraq özümdən gənc sevgili axtarmıram. Məsələ yaşda deyil. Sadəcə sən bir insanla qarşılaşırsan və həmin şəxs ya xoşuna gəlir, ya da gəlmir. Hər şey həmin şəxsin necə insan olmasından asılıdır, yaşında yox”.

Lopes bildirib ki, adının özündən yaşca kiçik kişilərlə hallanmasını başa düşmür. Və hesab edir ki, insan haqqında yalnız bir hərəkətinə görə mühakimə yürütmək olmaz: “Bəli, məndən yaşca kiçik olan Kasper Smartla görüşürdüm. O, mənim həyatımda ilk gənc sevgilim idi. Nədənsə mənə dərhal gənc kişilərlə görüşən damğasını yapışdırdılar”.

Daha sonra pop-diva bəyəndiyi kişi tipindən bəhs edib: “Onlar məndən böyük də olar, kiçik də ola bilər. Kişi məni həm xasiyyəti, həm ürəyi, həm də xarizması ilə cəlb etməlidir”.

O, Dreyklə sevgi yaşadığı barədə xəbərlərə isə belə reaksiya verib: "Biz sadəcə ünsiyyət qurduq. Yeni mahnısını onunla birgə səsləndirməyini istəyirdi. Bir yerdə oxuduq. İndi mahnını nə zaman təqdim edəcəyini bilmirəm".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm