Arda Turanın 4 milyonluq SƏRVƏTİ - FOTOLAR
Bizi izləyin

Magazin2

Arda Turanın 4 milyonluq SƏRVƏTİ - FOTOLAR

Ardanın bu dəstinin qiyməti 12 min TL-dir (təxminən 6 min manat).

Arda Turan 4 milyon dollarlıq sərvəti haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniyanın “Barselona” komandasında oynayan Arda Turan dünən ailəsiylə birlikdə məşhur qəssab Nüsrətin restoranından çıxarkən görüntülənib. Futbolçu Sütlücede 4 milyon dollara aldığı əraziyə otel inşa etdirəcəyi xəbərini təkzib edib. O, bu məsələyə "Həmin ərazini sərmayə məqsədi ilə aldım. Otel tikdirməyə niyyətim yoxdur" , - deyə cavab verib. Arda pullarını daşınmaz əmlaka yatırdığını, bu yaxınlarda hətta Londonda da yeni ev aldığını söyləyib.

Futbolçunun “Dolce&Gabbana” brendindən olan kostyumu, xüsusilə də yaxasındakı tac və arılı broşu diqqət çəkib. Türkiyə mətbuatının yazdığına görə, Ardanın bu dəstinin qiyməti 12 min TL-dir (təxminən 6 min manat).

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm