“Oskar” mükafatlarının təqdimat mərasimində BÖYÜK RƏZİLLİK! - Qalib filmlər səhv salındı
Bizi izləyin

Magazin2

“Oskar” mükafatlarının təqdimat mərasimində BÖYÜK RƏZİLLİK! - Qalib filmlər səhv salındı

“Oskar” mükafatlarında BÖYÜK QALMAQAL!

89-uncu “Oskar” mükafatlarının təqdimetmə mərasimində qalmaqal yaşanıb.

Xəbər verdiyimiz kimi, dünən “Oskar 2017” mükafatlarının təqdimetmə mərasimində “La-La Land” “Ən yaxşı film” nominasiyasının qalibi elan edilib. Lakin məlum olub ki, aparıcı zərfləri səhv salıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mükafata layiq görülən filmlərin adlarının yazıldığı zərflər qarışıb. Mərasimin aparıcısı Beatti və Dunavey mükafatı əvvəlcə “La La Land” filminin qazandığını elan edib. Sonra filmin bütün qrupu səhnəyə çıxıb. Filmin yaradıcı heyəti sevinc içində səhnəyə çıxıb mükafatı qazanması ilə bağlı tək-tək nitq söyləyərək təşəkkür ediblər. Lakin növbə filmin rejissorlarından Fred Bercerə gələndə gözlənilməz bir hadisə baş verib.

Aparıcılar zərflərin qarışdığı açıqlayıb və “La-La Land”in digər prodüseri olan Jordan Horovitz buraxılan səhvi düzəltmək üçün səhnəyə çıxıb. Horovitz "Xeyr, xeyr, səhv olub. Ən yaxşı film mükafatını rejissor Barri Cenkinsonun “Ay işığı” filmi qazanıb. Bu, bir zarafat deyil" deyərək digər filmin yaradıcı heyətini səhnəyə dəvət edib.

Böyük xoşbəxtlik yaşayan “La-La Land” komandanın sevinci də yarımçıq qalıb.

Mükafatı sahibinə çatdırmaq üçün səhnəyə çıxan təcrübəli aktyorlar Uorren Beatti və Faya Dunavay səhvlərini belə izah edib: "Bizə verilən zərfin içindəki kartda ən yaxşı aktrisa mükafatına layiq görülən Emma Stoun adı və “La-La Land” yazılmışdı".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm