• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

“Kurtlar Vadisi” ilə bağlı BƏD XƏBƏR

  • Magazin2
  • 6 Mart 2017 10:37
  • 1 781 Baxış
“Kurtlar Vadisi” ilə bağlı BƏD XƏBƏR

10 ildir davam edən "Kurtlar vadisi" serialı ötən il kanal D-də yüksək reytinq yığa bilməsə də, xüsusi izləyici auditoriyası na sahibdir. Lakin serial yüksək maliyyə səbəbiylə bu mövsüm özünə kanal tapmayıb. Bu səbəbdən də serialla bağlı hər xəbər böyük marağa səbəb olur.

"Kurdlar Vadisi Pusqu” serialının 2017-ci ilin sentyabr ayından etibarən TRT kanalında yayımlanacağını xəbər vermişdik.

Publika.az Türkiyə mətbuatına istinadən bildirir ki, serialın TRT-də yayımlanacağı xəbəri xeyli əks-səda doğurub. Lakin məlum olub ki, yazılan xəbərlər həqiqəti əks etdirmir.

TRT kanalının baş direktorunun müavini İbrahim Eren xəbəri təkzib edib. “Xəbər doğru deyil. Heç bir danışıq olmayıb", - deyə İbrahim Eren cavab verib.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>