Məşhur aktyor: “Xoşbəxtlik bədbəxtliyə öyrəşmək halıdır" - FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin2

Məşhur aktyor: “Xoşbəxtlik bədbəxtliyə öyrəşmək halıdır" - FOTOLAR/MÜSAHİBƏ

Publika.az xarizmatik aktyorun müsahibəsini təqdim edir.

Fərzan Özpetek imzalı “İstanbul Qırmızısı” filmində baş rollardan birini ifa edən Nejat İşler “Habertürk”-ə uzun müddət keçirdiyi ağır xəstəliyin həyatını necə dəyişdirməsi haqqında danışıb.

Publika.az aktyorun müsahibəsini təqdim edir.

- "İstanbul Qırmızısı”nın hansı özəlliyi sizi filmə çəkilməyə razı saldı?

- İlk növbədə layihənin rejissoru Fərzan olduğu üçün onunla işləmək istədim. Çəkilişlər prosesində Fərzanı daha yaxından tanımaq imkanım oldu. Layihənin nöqtəsindən vergülünə qədər hər detalı Fərzanə aiddır. Çəkiliş zamanı belə "Bu səhnədə onu belə edək” dediyi çox məqamların şahidi olduq. Fərzanla çalışmaq gözəl bir təcrübə idi.

"Artıq İstanbulu tanımıram"

- Çəkilişlər başlamazdan əvvəl mühitin necə olacağını düşünürdünüz və necə çəkiliş qrupu ilə qarşılaşdınız?

- Son dərəcə peşəkar bir qrupla çalışdıq. Hər şey əladır.

- Fərzan Özpetek İstanbul haqqında fikirlərini belə ifadə edib: “İstanbul Qırmızısı” bu şəhəri yaşamış və yaşamağa davam edən insanların filmidir”. İstanbulu siz necə şərh edərsiniz?

- Mən öz adımdan deyə bilərəm ki, doğulub böyüdüyüm və hər şeyimi borclu olduğum İstanbulu artıq tanımıram. Yaşadığım məkanlar yoxdur, birgə yaşadığım insanlarsa uzaqlarda... Mən də uzaqda olmağı seçdim. Əlbəttə ki, keçmişini yaşatmağa çalışanlar da var. Fərzan da filmində bizi onlarla tanış edib.

“Sanki yeni başlayıram”

- Karyeranızın hansı dövründə olduğunuzu düşünürsünüz?

- Sanki yeni başlayıram. Ciddiyəm. Gələn il yaradıcılığımın və bu sahədən pul qazanmağımın 30 ili tamam olacaq. Bir çox işlərdə bir çox yerli və xarici rejissorla işləmişəm. Milyon çəkiliş görmüşəm. Daha da görəcəyəm. Bu müddət ərzində çoxlu dostlar qazandım. Onların olmadığı heç bir işdə işləmərəm.

- Sahib olduqlarınızdan olmayanlara verirsiniz. Gələcəklə bağlı qayğılarınız yoxdur?

- İnsanların mülk və güc üzündən ən yaxınlarına da nələr etdiklərinin şahidi olmuşam. Azla qane ola bilən nəslin övladlarıyıq. Evdə ailəmdən nə öyrənmişəmsə, onu həyata keçirirəm. Əsl qəhrəmanlar məni böyüdən ailəm, qonşular və məhəllə dostlarımdır.

- Sahib olduqlarınızın dadını çıxarmaq istəmirsiniz. Üsyankar olmağınızın səbəbi nədir?

- Soyuqda, çox komfortlu bir avtomobilin içində, təhlükəsiz şəkildə və sevdiyin insanın yanına gedərkən yolun kənarında, qucağında körpə ilə dilənən birini görüb, başını çevirib həyatına davam edə bilərsənmi? Mən edə bilmərəm.

- Qurduğunuz xəyalların gənc yaşlarında reallaşması həyata baxışınızda problem yaradır? Həyat onda darıxdırıcı olmur ki?

- Xəyallarım çoxdur, çalışıram. Təxəyyülüm genişdir.

- Bir dəfə "Sabah öləcəyəm kimi qüsursuz həyatın axtarışındayam" demişdiniz. Niyə tələsərsiniz?

- Ölümü yaxından görməmək üçün tələsirəm. Xəyallarımı həyata keçirə bilməməkdən qorxuram.

- Həyatınızın bundan sonrakı dönəmində hansı xəyalların arxasınca qaçacaqsınız?

- Çox şey var. Dünya miqyasında səs gətirən teatr qrupu yaratmaq istəyirəm. İdman əxlaqına sahib, sadəcə qazanmağı deyil, yaxşı oynamağı bacaran, rəqibinə hörmət edən idmançılar yetişdirmək istəyirəm. Bu işləri güvəndiyim birinə etibar edib, gecikdirdiyim dünya səyahətinə çıxmaq arzumu reallaşdırmaq istəyirəm.

- Həyatınızın bu dövründə özünüzü necə hiss edirsiniz?

- Şanslı. Ölüm ayağında olduğum xəstəxanada bu yaxınlarda çəkiliş aparmışıq. Daha nə olsun.

- Sizcə, mütləq xoşbəxtlik nədir?

- Xoşbəxtlik bədbəxtliyə öyrəşmək halıdır.

- Həyatda nəyə nail olsanız mütləq uğuru əldə etdiyinizi düşünərsiniz?

- Bir insanın həyatına müsbət istiqamətdə təsir edə bilsəm.

- Sizi eyni işi görən həmkarlarınızdan ayıran fərqləndirici xüsusiyyətlər nədir?

- Bunu iş yoldaşlarımdan soruşmaq lazımdır.

- Özünüzü inkişaf etdirmək üçün nə edirsiniz?

- Çoxlu film izləyirəm.

- Çətin vaxtınızda yardım istəyə biləcəyiniz həmkarlarınızdan ilk kim gəlir ağlınıza?

- Çoxdur, yadıma düşməyənlərə acıyıram.

- Zamanı geri qaytara bilsək, nələri bərpa etmək istərdiniz?

- Çox şey var. “Yaşadığım heç nədən şeydən peşman deyiləm" deyən tiplərdən deyiləm. Günahı da, savabı da mənə aiddir.

- Şöhrət sizi niyə heç vaxt maraqlandırmadı?

- Uşaqlığımdan bəri diqqət mərkəzində olan insanam. Həmçinin şöhrət sənə deyil, ətrafındakılara daha çox təsir edir. Onlar öhdənsən gələ bilməyəndə tarazlığın pozulur. Ətrafına doğru insanları seçə bilmirsən.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm