Vətənə xəyanətdə ittiham edilən tanınmış aktrisaya “Şərəf” mükafatı VERİLDİ - VİDEO
Bizi izləyin

Magazin2

Vətənə xəyanətdə ittiham edilən tanınmış aktrisaya “Şərəf” mükafatı VERİLDİ - VİDEO

O, mükafatın təltif edildiyi mərasimdə ürəyini boşaldıb.

Beren Saat “Şərəf” mükafatına təltif edildiyi mərasimdə möhtəşəm çıxışı ilə ürəyini boşaldıb.

Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, Milli Həmrəylik Platforması tərəfindən 11 universitetdə gənclər arasında aparılan sorğu nəticəsində müəyyən olunan 27 nəfərə, “Milli Mövqe Şərəf Mükafatları” verilib. Mükafat alanlar arasında Beren Saat da olub. Beren Saat çıxışı zamanı ötən il vətənə xəyanətdə ittiham olunmasını xatırladıb:

“Son bir ildə yaşananları həzm etmək çətin idi, amma bu mükafat gözlənilməz oldu. Vətənə satqınlıq ittihamından sonra Milli Mövqe Şərəf Mükafatına layiq görüldüm. Bu bir illik mərhələdir. Dözmək çətin idi, amma nəticə gözəl oldu. Yaxşı ki, Atatürk övladıyam, bütün bunları yaşayıram".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm