Neslihan Atagülün həyat yoldaşı həbs olundu
Bizi izləyin

Magazin2

Neslihan Atagülün həyat yoldaşı həbs olundu

Aktyor Kadir Doğulunun başına gözləmədiyi hadisə gəlib.

Aktyor Kadir Doğulunun Dubay səfərində başına gözləmədiyi hadisə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dubayda həbs olunan aktyor başına gələnləri sosial şəbəkədə danışıb:

"Məni Dubaya özləri dəvət etmişdi. Dubaya qədəm qoyana qədər hər şey əla idi. Mən bu qədər kompleksli polis işçiləri, ya da hava limanı əməkdaşı görmədim. Sadəcə, “faust treck”-i (sürətli keçid) cizgisindən bir addım kənara çıxdıq deyə məntəqədə saxlanıldıq. “Faust treck” vərəqlərimiz əlimizdən alındı. Bizə geri verilmədi. Üzümüzə belə baxılmadı. Alçaldıldıq, bircə söyüş eşitməyimiz qaldı.

Dubayda hava limanındakı polislər mənə ibtidai sinif müəllimi xatırladır. Danışma! Gülmə! Baxma! Qalxma! Dubay Hava Limanından düz 4 saat sonra çıxdıq. Səbəbini bilmirik! Qətiyyən bilmirik! Heç bir şey demirlər. Sonra bizdən gəlib üzr istədilər. 4 saatdan sonra onlara “Sizin ölkənizi istəmirəm. Mən buraya dəvətə görə gəlmişəm. Pasportumu verin. Burada bir dəqiqə belə durmaq istəmirəm. Səhər ilk təyyarə gələcəyəm" , - dedim".

Məşhur aktrisa Neslihan atagülün həyat yoldaşı bir müddət sonra ikinci dəfə eyni rəftara məruz qaldığını bildirib:

"Dubayda ikinci dəfə də həbs olundum. Şəxsiyyət vəsiqəmi istədilər. "Niyə? Məni bir şirkət matç izləmək üçün dəvət edib. Yəqin ki, hava limanından çıxdıqdan sonra qonaqpərvərliklərini göstərəcəklər. Dubaya gəlməzdən əvvəl iki dəfə düşünün. İşiniz düşməsə, heç gəlməyin".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm