Rusiya “Eurovision”a ƏLİL QIZI GÖNDƏRİR – FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Rusiya “Eurovision”a ƏLİL QIZI GÖNDƏRİR – FOTO/VİDEO

Rusiyanı "Eurovision-2017" mahnı müsabiqəsində əlil müğənni təmsil edəcək.

Rusiyanı may ayında Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsində 26 yaşlı əlil müğənni Yuliya Samoylova təmsil edəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yuliya uşaq yaşlarından əlil arabasına məhkum olmasına baxmayaraq, səsi ilə çoxunu heyrətləndirə bilib. Belə ki, o, Alla Puqaçovanın "Factor A" vokal layihəsinin qailibi olub. Yuliyanın sözlərinə görə, 2014-ci ildə Paralimpiya Oyunlarında iştirakı ona arzusunu reallaşdırmaq üçün trampil olub:

“Mən həyatım boyu bu arzuma nail olmaq istəmişəm. Valideynlərimlə oturub müsabiqəyə baxanda xəyal edirdim ki, nə vaxtsa mənim də o səhnədə çıxış etmək imkanım yaranacaq. Paralimpiya Oyunlarının açılışında çıxış edən zaman ölkənin birinci kanalı məni tanıdı və onlar faktiki olaraq haqqımda kiçik bir qeyd apardı”.

Yuliya müsabiqədə oxuduğu mahnının onun haqqında olduğunu etiraf edib: “Mahnı mənim barəmdədir. Hesab edirəm ki, hər bir insan öz arzularının arxasınca getməlidir, ilk növbədə qəlbin təmiz olmalıdır. Onda özünüzün də, doğmalarınızın yolunu da işıqlandıracaqsınız”.

Yuliya jurnalistlərin "Bir çoxları Rusiyanın bu il "Eurovision" müsabiqəsində iştirakına qarşı idi. Sizcə, nümayəndə heyətini Kiyevdə necə qarşılayacaqlar?" ,- sualına isə belə cavab verib.

“Bu məsələlər məni maraqlandırmır. Siyasətdən tamamilə uzağam, mən sadəcə onu deyə bilərəm ki, arzum yerinə yetdiyi üçün çox xoşbəxtəm".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm