Baş nazir müavinindən izdivac verilişlərinə daha bir ŞOK
Bizi izləyin

Magazin2

Baş nazir müavinindən izdivac verilişlərinə daha bir ŞOK

"Evlilik verilişləri ilə bağlı şikayətlər bizə, prezidentə və baş nazirə də gəlir. Hazırda şikayətələrə baxılır, son qərarları vermək üzrəyik. İnşallah ictimaiyyətin tələblərini nəzərə alacağıq”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırımın müavini Numan Kurtulmuş verdiyi açıqlamasında deyib. O, izdivac proqramlarının ləğv ediləcəyini söyləyib.

“Bu verilişlər bizim adət-ənənəmizə, Anadolu torpaqlarının mədəniyyətinə, inancımıza, türk ailə dəyərlərinə uyğun gəlmir. Bu cür verilişlərdə heç kəsin qəbul etmədiyi ifadələr işlədilir və hərəkətlər edilir. Reytinqləri yüksək, reklamları çox olduğu üçün onların addımlarına susulur. Belə reklam gəlirləri olmaz olsun. Ailə dəyərlərini, ailə şərəfini və müqəddəsliyini yox edən son dərəcə əcaib verilişlərdir. Ailə dəyərlərinə zidd proqramlar yayımdan qaldırılacaq. Şikayətlərə baxılıb son qərar çıxarılacaq”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm