ATV-nin məşhur aparıcısı QƏFLƏTƏN ÖLDÜ - FOTO
Bizi izləyin

Magazin2

ATV-nin məşhur aparıcısı QƏFLƏTƏN ÖLDÜ - FOTO

Şok ölüm

Türkiyənin ən məşhur yazarlarından olan Tayfun Talipoğlu vəfat edib.

Publika.az xəbər verir ki, “Anadolu insanının səsi” kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.

Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.

Məşhur yazar “Milliyət” qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda “Takvim”, “Yeni Yüzyıl”, “Cumhuriyet” qəzetlərinin köşə yazarı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm