Avropa Yayım Birliyi Ukrayna və Rusiya arasındakı “Eurovision” qalmaqalı barədə QƏRARI AÇIQLADI
Bizi izləyin

Magazin2

Avropa Yayım Birliyi Ukrayna və Rusiya arasındakı “Eurovision” qalmaqalı barədə QƏRARI AÇIQLADI

Yuliya Samoylova “Eurovision”da videobağlantı ilə çıxış edə bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Eurovision” müsabiqənin təşkilatçıları Ukrayna ərazisinə girişi qadağan edilən Yuliya Samoylova üçün başqa çıxış yolu tapıb. Onlar Rusiya təmsilçisinə videobağlantı ilə çıxış etməyi təklif edib. Bu barədə Avropa Yayım Birliyinin verdiyi bəyanatında deyilir.

Avropa Yayım Birliyi Birinci kanala Yuliyanın müsabiqənin yarımfinalında və keçərsə, final hissəsində peyk rabitəsi üzrə çıxış etməyi artıq təklif edib. Əgər Birinci kanal qərarla razılaşarsa, bu, müsabiqə tarixində ilk olacaq. Amma hər halda təşkilatçılar ümid edirlər ki, Yuliyanın Ukraynaya girişinə icazə veriləcək.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti hesab edir ki, Yuliya Ukraynanın qanunlarını pozub. Belə ki, o, 2015-cü ildə Krımın Rusiya tərəfindən işğal olunmuş ərazisində çıxış edib.

Krım Rusiyaya birləşdirildikdən sonra oraya gələn artistləri Ukrayna öz ərazisinə buraxmır. Stop-vərəqdə Yuliya Çiçerina, Stas Pyexa, Oleq Qazmanov və bir çox başqalarının adları var.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm