Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO
Bizi izləyin

Magazin2

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

Milyonlardan vaz keçdi

Rusiyanın tanınmış modeli, teleaparıcısı, “Dom 2” telelayihəsindən məşhurlaşmış Viktoriya Bonya milyoner ərindən ayrıldıqdan sonra Los-Ancelesə köçüb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, pərəstişkarları onun müvəqqəti olaraq istirahətə getdiyini düşünsələr də bir müddət sonra Bonya qızını fransızdilli məktəbə yazdırdığını İnstaqramda qeyd edib. Aktiv İnstaqram istifadəçisi olan model yeni sevgi münasibətində olduğunu bildirib.

Viktoriya etiraf edib ki, yeni sevgilisinin ziyalı olduğuna görə ona aşiq olub: “Onun dərin savadına vurulmuşam. Mən beyni, təfəkkürü olan kişiləri sevirəm”.

Yeni sevgilisinin kimliyi haqqında hələlik susan model münasibətlərinin ciddi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 38 yaşlı Viktoriya Bonya Monako milyonçusu Aleks Smerfitlə 7 illik vətəndaş nikahından sonra ayrılıb. Cütlüyün 5 yaşlı qızı var. Bonya milyonçu ilə 2010-cu ildə Moskvada tanış olmuş, bununla da ucqar Çita şəhərindən gələn əyalət qızının üzünə tale gülmüşdü.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm