Cennifer Lopes: “İki uşaq anası ilk görüşdə yatağa girmir”
Bizi izləyin

Magazin2

Cennifer Lopes: “İki uşaq anası ilk görüşdə yatağa girmir”

2 uşaq anası olan 47 yaşlı Cennifer Lopes ilk görüşdən yatağa girmədiyini etiraf edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduz əkiz oğlu və qızı ilə birlikdə Ellen Deceneresin şousunda iştirak edib. Ceylo verilişə Amerikanın NBC telekanalında yayımlanacaq öz yeni - “World of Dance” şousunu təqdim etmək üçün gəlib. Cenifer bildirib ki, şouda iki ampluada çıxış edəcək: həm müsabiqənin münsiflər heyətinin üzvü, həm də prodüseri kimi. Lakin müğənni verilişdə təkcə yaradıcılıq planları haqqında deyil, şəxsi həyatı barədə danışıb. Belə ki, Lopes yeni sevgilisi Aleks Rodriqeslə tanışlığından da bəhs edib: “Biz eyni restoranda yemək yeyirdik, mən artıq getməyə hazırlaşırdım ki, onu gördüm və salam verdim. Yaxınlaşıb əlimi çiyninə qoydum”.

Müğənni Alekslə ilk görüşdən də danışıb: “Nə yediyimiz yadımda deyil, amma doyunca əylənmişdik, vaxtımız çox yaxçı keçirdik. Əlbəttə ki, iki uşaq anası ilk görüşdən yatağa girmir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm