Kişilərin ağlını başından alan MÜSƏLMAN GÖZƏLLƏRİ - - FOTOLAR
Bizi izləyin

Magazin2

Kişilərin ağlını başından alan MÜSƏLMAN GÖZƏLLƏRİ - - FOTOLAR

Dünya şöhrətli bəzi müğənni, aktyor və modellərin şəxsi həyatı, dini inancları onların pərəstişkarları üçün olduqca maraqlıdır. Dünyaca tanınmış simaların içərisində əslən müsəlman olanlar da var.

Publika.az sizə məşhurlar içində ən tanınmış müsəlman əsilli simaların siyahısını təqdim edir:

Gigi Hadid - "Viktoriya Secret"in gizli mələklərindən olan dünya şöhrətli model son illərdə daha çox gündəmə gəlib. Gigi Hadidin ailəsi Orta Şərq və Fələstin əsillidir. Müsəlman əsilli modelin atası müsəlman, anası isə Hollandiyalıdı.

Bella Hadid - Gigi Hadidin bacısı Bella Hadid də hər fürsətdə müsəlman olduğunu dilə gətirən məşhurlardandır. Tərzi ilə fərq yaradan Bella Hadid hətta bir jurnala verdiyi müsahibədə müsəlman olmaqdan qürur duyduğunu dilə gətirib.

Canet Cekson - Dünyaca məşhur müğənni Maykl Ceksonun bacısıdır. Müsəlmanlığı qəbul edən Canet hicab bağlayıb və həyatını ictimaiyyətdən kənarda keçirməyə qərar verib.

Mahershala Əli - Oskar qazanan ilk müsəlman aktyordur. Məşhur və istedadlı aktyor müsəlman inanclarına görə yaşayır. Onun ən məşhur filmlərindən biri "Moonlight"(Ay ışığı) adlanır. Filmdən sonra böyük izləyici toplayan aktyor müsəlman olduğunu danmır.

Ərəb əsilli keçmiş model Iman Əbdülməcid də müsəlman məşhurlardandır. Model eyni zamanda, ingilis müğənnisi David Bovierin həyat yoldaşıdır.

Gənc qızların sevimlisi böyük britaniyalı müğənni Zayn Malik də müsəlmandır. Əslən Pakistandan olan məşhur müğənnin anası xristian, atası isə müsəlmandır. Zayn Malik həyatını hər iki dinə uyğun şəkildə yaşadığını deyib.

Livanda doğulan Amal Kloney müsəlman olaraq böyüdülüb. Qeyri-adi cazibədar geyim tərzləri ilə gündəmə gələn Amal Kloney məşhur aktyor Geoge Kloney ilə ailə qurduqdan sonra daha da məşhurlaşıb.

Şakil Onilin ögey atası müsəlman olub. Bu səbəblə o, müsahibələrində müsəlman olduğunu dilə gətirib.

Məşhur senarist, yazıçı və televiziya prodüseri kimi tanınan Əziz Ansari də müsəlmandır. Dünya mediasında Əzizin ateist olduğu yazılsa da, o, müsəlmanların içində böyüyüb.

Məşhur amerikalı aktyor David Çapli isə müsəlman olduğunu tez-tez dilə gətirməyən məşhurlardandı.

Amerikalı cazibədar aktrisa Lindsey Loxan da müsəlman gözəllərindəndir. O bu barədə mətbuata açıqlamalarında məlumat verib. Aktrisa özünün hicablı şəklini sosial şəbəkələrdə paylaşıb.

Amerikalı reper və aktyor İce Kuper rahat həyat tərzi yaşasa da, müsəlman inanclarına sahibdir.

Amerikanın hip-hop musiqi janrının tanınmış ifaçılarından olan Mos Def müsəlmandır. Etirazçı ruha malik müğənniyə bu qeyri-adi ad və müsəlman inancları atası tərəfindən verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm