Hollivudun milyarder cütlüyü elan olundu - FOTOLAR
Bizi izləyin

Magazin2

Hollivudun milyarder cütlüyü elan olundu - FOTOLAR

Sərvəti milyard dolları keçib.

Beyonsla həyat yoldaşı Cey Zi-nin sərvəti milyard dolları keçib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Forbes” jurnalı Hollivudun ən zəngin cütlüyünün adını açıqlayıb. Məlum olub ki, pop divası olan Beyonsla, reper əri Cey Zinin sərvəti milyard dolları ötüb. Bununla yanaşı jurnal qeyd edir ki, bu sərvətin təxminən üçdə iki hissəsi (810 milyon) Cey Ziyə məxsusdur. Buraya onun xüsusi “Roc Nation” musiqi şirkəti, həmçinin müxtəlif biznes layihələri daxidlir. Jurnalın ekspertləri Beyonsun sərvətini 350 milyon dollar qiymətləndirib. Beləliklə, Noulz-Karter ailəsinin ümumi sərvəti bir milyard və 160 milyon dollara yaxındır.

Xatırladaq ki, ötən həftə musiqiçi “Nation Live” şirkəti ilə 200 milyon dollar məbləğində 10 illik müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, cütlüyün nikahından bir qızı var, eyni zamanda Beyons bu yaxınlarda əkiz anası olmağa hazırlaşır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm