Azərbaycanlı sənətkar milyarder üçün Atatürkün əzəmətli heykəlini ərsəyə gətirdi - FOTO/VİDEO
Bizi izləyin

Magazin2

Azərbaycanlı sənətkar milyarder üçün Atatürkün əzəmətli heykəlini ərsəyə gətirdi - FOTO/VİDEO

Azərbaycanlı sənətkar ərsəyə gətirib.

Əli Ağaoğlunun "Maslak 1453" yaşayış kompleksinin açılışında xüsusi olaraq hazırlatdığı əzəmətli heykəli azərbaycanlı sənətkar ərsəyə gətirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürkü Anma Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində Əli Ağaoğlu çıxış edib.

"19 May Türkiyə Respublikasının dönüş nöqtəsidir. Bu heykəl də Marşal Mustafa Kamalı təsvir edir. Əzəmətli heykəl dünyaca məşhur azərbaycanlı heykəltəraş Sənan Eynullayev Əhədoğlunun əsəridir”, - deyə o bildirib.

Atatürkün heykəli “Ağaoğlu” şirkətlər qrupunun 2 milyon kvadrat metr tikinti sahəsi üzərində həyata keçirdiyi "Maslak 1453" yaşayış kompleksinin içərisində yerləşir.

"Ağaoğlu" Şirkətlər Qrupu İdarə Heyətinin Sədri Əli Ağaoğlunun ev sahibliyində gerçəkləşən açılışda Azərbaycan Respublikası İstanbul Konsulu Yadulla Paşayev, Asiya Ağaoğlu Anadolu Liseyi, Miktat Ağaoğlu Peşə və Texniki Anadolu Liseyi, Nişantaşı Universitetinin müəllim və tələbələri, həmçinin Türkiyə və Azərbaycanın tanınmış iş adamları iştirak edib.

Heykəl 8 metr hündürlükdədir. Alt relyefin üzərində təxminən 300 ədəd fiqur var. Bürüncdən hazırlanan heykəllər 5 aya yekunlaşıb. Relyef üçün bir ton, 3 atlı heykəl üçün isə iki yarım ton olmaqla ümumilikdə 10 tona yaxın bürünc istifadə edilib.

Ali Ağaoğlu'ndan muhteşem 'Atatürk Heykeli' açılışı

Tanınmış milyarder açılışında qızıl qolbağı ilə göz qamaşdırıb. Sevgilisi Duyqu Su Gülpınarla qonaqlarını qarşılayan məşhur iş adamının işıq saçan qızıl bilərziyi diqqət çəkib. Ağa digər qoluna isə brilyant qaşlı qızıl saat taxıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm