Türk kinosunun ƏFSANƏSİ əməliyyat olundu - SON DURUMU - - FOTOLAR
Bizi izləyin

Magazin2

Türk kinosunun ƏFSANƏSİ əməliyyat olundu - SON DURUMU - - FOTOLAR

Türk kinosunun əfsanəvi aktrisası Hülya Koçyiğit Amerikada əməliyyat olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağciyər xərçəngindən əməliyyat olunan 69 yaşlı ulduzun vəziyyətinin hazırda yaxşı olduğu bildirilib. “Yeşil Çam” filmlərinin sevilən ulduzu ciddi nəzarətdə saxlanılır.

Xatırladaq ki, aktrisa əməliyyata girməzdən əvvəl sosial şəbəkədə izləyicilərdən onun üçün dua etmələrini istəmişdi:

“Bu gün mənim üçün çətin bir sınaqdır. Sizə xoş xəbər verəcəyimə ümid edərək yazıram. Bir qədər sonra əməliyyata girəcəm. Mənim üçün dualarınızı əsirgəməyəcəyinizə inanıram. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm