Özündən 20 yaş kiçik sevgilisindən tv rəhbərinə doğum günü təbriki - FOTOLAR
Bizi izləyin

Magazin2

Özündən 20 yaş kiçik sevgilisindən tv rəhbərinə doğum günü təbriki - FOTOLAR

Şeyma Subaşı Acun Ilıcalının doğum gününü orijinal formada təbrik edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma Subaşı sevgilisi Acun Ilıcanın 48 yaşının tamam olması münasibətilə qısa və romantik video hazırlayıb. O, paylaşdığı videoya “Yaxşı ki, doğuldun, mənim dünyam. Ən böyük xoşbəxtlik səbəbim və yarım... Yaxşı ki, doğdun, Acun”, - deyə qeyd edib.

Ş.Subaşının bu sözləri izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. O, daha sonra Dominikanda Acunun doğum günü tortuyla şəkillərini paylaşıb.

Qeyd edək ki, Şeyma Subaşı tanınmış televiziya rəhbəri və aparıcı sevgilisi ilə sentyabrda evlənməyə hazırlaşdıqlarını etiraf edib.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından 2 qızı var. Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından da daha bir qızı dünyaya gəlib. Vətəndaş nikahında yaşayan Acunun 48, Şeymanın isə 27 yaşı var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm