Kökələn Hande Erçelin sellülitləri göründü - FOTO
Bizi izləyin

Magazin2

Kökələn Hande Erçelin sellülitləri göründü - FOTO

“Günəşin qızları” serialı ilə məşhurlaşan Hande Erçel artıq çəkiləri ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, aktrisa dünən Çeşmə çimərliklərinin birində görüntülənib. Uzun müddət çimərliyin restoran hissəsində oturan ulduz istridiyə yeyib. Daha sonra isə qara kupalnik geyinərək bir müddət dənizdə üzüb.

Kökələn serial ulduzunun ayaqlarındakı sellülitləri də diqqətdən qaçmayıb. Xatırladaq ki, aktrisa müsahibəsində “Ürəyimdə 2 qadın var. Bəzən uşaq kimi bəzən də seksual oluram. Eyni zamanda çox da cəsarətliyəm. Hisslərimi gizlətmirəm, onu mütləq bildirməliyəm” demişdi.

23 yaşlı Hande Erçelin sonuncu sevgilisi Ekin Mert Daymaz olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm