Məşhur müğənni dəfn edildi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni dəfn edildi - FOTO

Dünən müalicə aldığı xəstəxanada vəfat edən Harun Kolçak dəfn olunub.

Publika.az xəbər verir ki, 62 yaşında xərçəng xəstəliyi nəticəsində vəfat edən məşhur müğənninin cənazəsində doğmaları ilə yanaşı siyasət, sənət aləminin bir çox simaları iştirak edib.

Cənazə namazına qatılan Çelik Erişçi Harun Kolçak haqqında bunları deyib:

"Çox zərif sülhsevər, bunu da bütün mahnılarında insanlara çatdıran sənətkar idi. Hamımızın başı sağ olsun. Sonuncu dəfə xəstəxanada yatmazdan bir həftə, on gün əvvəl görüşmüşdük. Xəstəxananı sevmirdi. Hamımız gücümüz yetdiyi qədər əhvalını qaldırmağa çalışdıq”.

“Yeşilçam”ın aktyoru Etik Hun isə müğənniyə Allahdan rəhmət diləyərək "Çox kədərliyik. Burada onu birlikdə yola salacağıq. Allah atasına səbr versin çox çətin vəziyyətdir. Çox gözəl və həssas insan idi”.

Kolçakın cənazəsi İstanbuldakı cənazə namazından sonra Bursanın Gemlik rayonuna gətirilərək əsr namazını ardınca anasının məzarının üzərinə basdırılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm