Xanımı dünya şöhrətli aktyorla nikahını qorumağın yollarından danışdı - FOTO
Bizi izləyin

Magazin2

Xanımı dünya şöhrətli aktyorla nikahını qorumağın yollarından danışdı - FOTO

23 ildən çoxdur ki, Uill Smitlə evli olan aktrisa Jada Pinket Smit xoşbəxt ailə həyatının sirri açıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli aktyorun həyat yoldaşı dünən Amerikanın məşhur verilişlərinin birində iştirak edib. O, proqramda 23 illik xoşbəxt evliliyin sirrindən, nikahını qorumağən yollarından danışıb.

“Girls Trip” adlı komediya filmi ilə kinosevərləri sevindirən aktrisa Uil Smitlə arasında inanılmaz energetika olduğunu deyib: “Birlikdə gülməyi və öyrənməyi sevirik. Çox gözəl vaxt keçiririk. Güman edirəm ki, işin sirri də buradadır, bir-birimizi həqiqətən çox bəyənirik".

Xatırladaq ki, cütlük “Beverli Hillzdən olan şahzadə” filminin çəkilişlərində tanış olub. Onlar tanışlıqdan 7 il sonra evlənməyə qərar verib. Mətbuatda bəzən boşanma xəbərləri yayılsa da, öz təsdiqini tapmayıb. Uill Smitlə Jada Pinket Smitin bir qızı və bir oğlu var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm