Rihannanın sinə dekoltesi başına DƏRD oldu - FOTO
Bizi izləyin

Magazin2

Rihannanın sinə dekoltesi başına DƏRD oldu - FOTO

Dünya ulduzu Rihannanın sinə ölçülərinə uyğun olmayan paltarı başına bıla olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən müğənninin baş rolda çəkildiyi "Valerian və minlərlə şəhəri planet" filminin Los-Ancelesdən sonra Londonda təqdimat mərasimi keçirilib. Dünya şöhrətli ifaçı bu dəfə də “Giambattista Valli”dən gün al-qırmızı don seçib. Çiyni açıq paltarın sinə hissəsinin dar olması xüsusi diqqət çəkib. 29 yaşlı stil ikonası dəbdəbəli geyimi “Jimmy Choo” ayaqqabı brendindən bosonojka və qırmızı klatçla tamamlayıb. Müğənninin obrazını daha çox effektli edib, ona işıq verən zinət əşayaları isə “Chopard” zərgərlik evinə məxsusdur.

Rejissoru Lük Bessonun olduğu yeni filmində Rihanna kabare rəqqasəsi rolunu canlandırıb. Ekran işi Rihannanın yaşadığı Alfa planetində xüsusi agentlərin macəraları haqqında danışır.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm