Türkiyənin ən yaraşıqlı aktyoru REKORD qiymətə reklama çəkildi - FOTO
Bizi izləyin

Magazin2

Türkiyənin ən yaraşıqlı aktyoru REKORD qiymətə reklama çəkildi - FOTO

Yaxın Şərqdə çoxsaylı pərəstişkarları olan Burak Özçivit siması olduğu “Emaar” şirkətinin reklam çəkilişlərindən 5 milyon TL (təxminən 2,5 milyon manat) qazanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Möhtəşəm 100 il”, “Çalıquşu” və “Qara Sevda” kimi seriallar sayəsində Yaxın Şərqdə böyük şöhrət qazanan Burak Özçivit Dubay şeyxi Əl Maktumun sahibi olduğu “Emaar Square Mall”ın siması seçilib.

Aktyor iki gün davam edən çəkilişlərdən 5 milyon TL qazanıb. Burak Özçivit baş rolda Murad Boz və Pınar Dənizlə çəkildiyi “Qardaşım mənim” filminin ikinci hissəsinin çəkilişləri bitdikdən sonra Dubaya gedəcək və təqdimatlarda iştirak edəcək. Üç günlük Dubay səfəri çərçivəsində Burak Özçivit televiziya proqramları ilə yanaşı, pərəstişkarları ilə də görüşüb imza paylayacaq.

Məlumat üçün bildirək ki, yaraşıqlı aktyor ona gələn serial təkliflərini qiymətləndirməyi düşünür. O, bəyəndiyi ssenarilərdən birini seçib yeni mövsümdə yenidən pərəstişkarlarının qarşısına çıxacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm