Qızına yetirdikləri xəsarətə görə otel işçilərini tənbeh edən AKTRİSA DÖYÜLDÜ
Bizi izləyin

Magazin2

Qızına yetirdikləri xəsarətə görə otel işçilərini tənbeh edən AKTRİSA DÖYÜLDÜ

Bodrumda uşaqları ilə tətil edən aktrisa Yeliz Yeşilmen dəhşətli hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, qaldıqları oteldə ofisiantın əlindəki qızğın yağla dolu tava aktrisanın qızı Asyanın üzərinə aşıb. Nəticədə qızcığazın boynu yanıb. Bu barədə axsam.az məlmat verib. Hadisədən xəbər tutan Yeliz otel işçilərini tənbeh edərkən döyülüb. Bu barədə aktrisa social şəbəkədə bunları yazıb:

“Artıq məhkəməyə baş vurmuşam. Uşağımın üstünə qızğın yağı tökdülər, üstəlik mən qışqırıb-bağıranda otelin məsul şəxsləri məni günahkar bilib üstümə hücum çəkdilər və məni döydülər.

Uşağın səsini eşidib mətbəxə tərəf qaçdım. Zənn etdim ki, arı çalıb. Qızımı mənə göstərmədilər. “Nə olub” deyə fəryad elədim. Sonra tavanın aşdığını dedilər. Üstəlik mətbəx işçiləri üzərimə hücum çəkdi. Oradakı müştərilər də gördü. Üstəlik, təhqir, hədə havada uçurdu. Polisə zəng vurdum, ifadələrinin alınması üçün bölməyə aparılıblar. Bir ildir getdiyim oteldir. Mənə bunu etdilər. Uşağımla maraqlanmaqdan, məni döydülər. Bu səbəbdən qızım dəqiqələrlə yandı və çox qorxdu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm