Adnan Oktardan təcavüzə uğrayan qadınlara DƏSTƏK
Bizi izləyin

Magazin2

Adnan Oktardan təcavüzə uğrayan qadınlara DƏSTƏK

A9 kanalının sahibi, özünü dinin təbliğatçısı hesab edən Adnan Oktar bu dəfə də qadınların geyimi haqqında danışıb.

Publika.az xəbər verir ki, "Kedicik"ləri ilə birlikdə gündəmdən düşməyən Adnan Oktar bu dəfə də geyimləri səbəbindən təcavüzə uğrayan qadınları müdafiə edib.

O deyib ki, qadınları geyimlərinə görə qınamaq olmaz:

"Gənc qızlar geyimlərinə və həyatlarına qarışılmasından şikayət edirlər. Qısa və açıq geyinən xanımlara bu səbəbdən təcavüz edənlərə ən ağır cəza verilsin. Bu barədə çəkinmədən şikayət edin. Bunlar dəstə halında çalışan məxluqlardı. İmkan verin, xanımlar gözəl geyinsin".

Adnan Oktar onu da deyib ki, "kediciklər"i kimi örtülü qadınlar da açıq geyimlər geyinə bilər. Burda heç bir qəbahət yoxdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm