Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”
Bizi izləyin

Magazin2

Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”

Filippinli bankir və milyonçu, Asiya institutunun banisi, “SGV & Company” maliyyə şirkətlərinin idarə rəhbəri Vaşinqton Sisip “Esquire” jurnalına həyat hekayəsindən danışıb. Böyük iş adamı hesab edir ki, vicdanlı və dürüst insanlar varlanma bilmir.

Publika.az xarici mətbuata istinadən oxucuları filippinli milyonçu Vaşinqton Sisipin həyat dərsləri ilə tanış edib.

“"SGV” şirkətində mənim rolum firmaya rəhbəhrlik etmək və millət üçün nümunə yaratmaq idi. Təqaüdə çıxanda başa düşdüm ki, kasıbların həyatını yüngülləşdirmək üçün bir çox işlər görmək lazımdır. Yolanda rayonunda qasırğa nəticəsində 8 000 tələbə zərər çəkmişdi. Onların hamısı kreditlə oxuyurdular. Mənim ilkin reaksiyam krediti aradan qaldırmaq idi, amma məsul şəxslər bildirdi ki, "Yox, krediti ləğv etməyin". Şirkətin direktoru bildirdi ki, kasıblar daha dürüstdür, nəinki zənginlər. Nəticədə 8 000 tələbənin bütün kreditləri ödənildi. Biz onlardan bunu öyrənməliyik. Ona görə də kasıblar heç vaxt varalana bilmir”.

“Öyrəndim ki, kiməsə pul vermək yox, borc vermək daha yaxşıdır. Məsələn, ailə başçısı uşaqları məkbətə aparmaq üçün borca velosiped götürməlidir. Bütün prinsip - investisiyanı çıxartmaqdır, bu, hamı üçün vacib olmalıdır. Mən öz ölümümdən əvvəl bütün insanların savad almasını görmək istərdim. Hər kəsə oxumağı və yazmağı öyrətmək lazımdır”.

"Atam da bankir idi. Missionerlər hüquq öyrənmək üçün onu ABŞ-a göndərdilər. Və o, qayıtdıqda artıq hüquqşünas idi, sonradan bankir oldu. O zaman bankların sayı çox az idi. Odur ki, yaponlar atamın Manilada rifah sahəsinə və Böyük Şərqi Asiyada rəhbərlik etməsini istəyirdi. Atam bunu yaponların diktəsi altında etmək istəmirdi, buna görə də onu sürgünə göndərdilər".

"Siz hansısa məqamda ciddi qərar qəbul etməlisiniz. Mən hərbçilərə qoşulmağa qərar verdim. Piyada düşdüm və üç aydan sonra məlum oldu ki, alayda ən yüksək IQ-sü olan əsgər mənəm. Beləliklə, müsahibim mənə dedi: "Siz piyada qoşununda nə edirsiniz?" O, yaponlarla bağlı məlumat ədlə etmək üçün məni kəşfiyyata göndərdi. Odur ki, yapon dilini öyrənməyə başladım və yapon kodlarını qırmağın yollarını axtarmağa başladım. Məsələn, yaponlar Banqkoku bombalamağa hazırlaşır, amma siz vaxtında məlumat oxuya bilsəniz və qırıcı təyyarələr göndərsəniz - hər şey yaxşı qurtaracaq. Məlumatlar bir çox hallarda sadə olub. Onların problemlərini və zəif nöqtələrini bilmək kifayət edirdi”.

"Mən çox kədərli günlər keçirirdim. Rokfeller evinin Beynəlxalq mükafatını almaq üçün məni Nyu-Yorka getməyi təklif ediblər. Dəvəti qəbul etdikdən sonra Devid Rokfellerin ölüm xəbərini öyrəndim. O, həyatımda ciddi rol oynayıb və mən ümid edirdim ki, D.Rokfeller mükafatlandırma mərasimində olacaq. Amma mən yalnız dəfn mərasiminə çatdım".

"Atam həmişə deyirdi: “İsanların öyrənin”. Mən 5 uşağımın 5-ini də oxumaq üçün xarici ölkələrə göndədim. Bəlkə də atamın məsləhətinə əməl etməli idim... Əgər mənə yenidən yaşamaq həyat verilsəydi, onları burada oxutduraradım. Onlar burada özünə ömürlük dost qazanardılar. Lakin onları xaricə o səbəbdən göndərdim ki, müstəqil olsunlar".

“ “SGV” şirkətini quranda böyük mühasibat firmalarını öyrənirdim. Xarici firmalar britaniyalıların və amerikalıların idi, katib vəzifəsində gəlmələr çalışırdı. Filippinlilər isə hələ məktəbdə oxuyan uşaqları üçün öz firmalarını yaradırdılar”.

“Mən yalnız vicdanlı və dürüst insanların işləyə biləcəyi firmanı yaratmaq istəyirdim.Bunun üçün sizə pul deyil, yalnız ağıl lazımdır. Ailə üzvlərimdən heç kim mənim firmamda işləyə bilməz. Burada yalnız dürüst insanlar öz karyerasını qura bilər. Mən uşaqlara dedim: “Hətta işsiz qalsanız da, sizi şirkətə qəbul etməyəcəyəm. Bu, mənə firmada ən dürüst adamları saxlamağa imkan verdi. Bizim 109 işçimiz var və onların heç biri Sisip deyil".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm