"Azərbaycan muğamını öyrənirəm" - Ruslana
Bizi izləyin

Magazin2

"Azərbaycan muğamını öyrənirəm" - Ruslana

"Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm. Mənim üçün Azərbaycan Ukraynadan sonra ikinci doğma yerdir".

Publika.az bildirir ki, bu sözləri Azərtac-a müsahibəsində Bakıda Qlobal Gənc Liderlər Forumunda iştirak edən ukraynalı müğənni, 2004-cü ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi, Ukraynanın Xalq Artisti Ruslana söyləyib.

Müğənni bildirib ki, Azərbaycanda sənəti ilə əlaqədar bir neçə layihə həyata keçirib:

"Azərbaycanla bağlı o qədər xoş xatirələrim var ki. Mən azərbaycanlı artistləri tanıyıram, muğamı öyrənirəm. Bu qeyri-adi musiqi mənim üçün böyük maraq kəsb edir və mənə çox yaxındır”.

Bakıya öz təcrübəsindən danışmağa gəldiyini qeyd edən Ruslana deyib:

“Axı Qlobal Gənc Liderlər Forumu mövzusu çox vacibdir. Forum ayrı-ayrı mədəniyyətləri və ölkələri təmsil edən müxtəlif formatlı gənclərin müzakirə etdikləri qlobal problemlərin həlli üçün platformadır. Hesab edirəm ki, Ukrayna ölkənin həyatını yaxşılaşdırmaq işində, sosial innovasiyaların tətbiqi sahəsində öz təcrübəsini bölüşə bilər. Axı ümumi məsələlərin həlli üçün birləşən insanlar çox fəal olurlar”.

Öz yaradıcılığına da toxunan Ruslana qeyd edib ki, yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm