Qardaşı qızı ilə sevgili olan aparıcı məhkəməyə verildi - FOTO
Bizi izləyin

Magazin2

Qardaşı qızı ilə sevgili olan aparıcı məhkəməyə verildi - FOTO

Murad Başoğlunun yaxtada öpüşdüyü qadının qardaşı qızı Burcu Koç olduğu üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aparıcı xəbəri inkar etsə də, qadının həyat yoldaşı açıqlama verib. Burcu Koçun həyat yoldaşı artıq ondan boşanacağını elan edib. O, açıqlamasında bildirib ki, hadisə ilə bağlı başqa sübutları da var. O, hətta təzminat da tələb edib.

Vəkilin sözlərinə görə, qadının qardaşı qızı olması ilə əlaqədər qəzetlərdə çıxan fotolardan başqa sübutlar var:

“Onların münasibətləri çoxdan başlayıb. Müvəkkilim maddi və mənəvi təzminat olaraq 2 milyon lirə (təxminən 1 milyon manat) tələb edir".

Başoğlu fotolar dərc olunandan sonra öpüşdüyü qadını tanımadığını iddia etmişdi:

“Bir anlıq səhvdir. Adı Olqadır. Məni bitirmək istəyirlər. Şəkilləri çəkənləri məhkəməyə verəcəyəm”.

Başoğlunun 14 illik həyat yoldaşı, məşhur iş adamı Ayhan Bermekin qızı Hande Bermek isə "Sadəcə bir insan deyil, bir qadın, bir xanım və ən əsası bir ana kimi baş verən bu hadisəni məhəbbətlə qucaqlayıb qiymətləndirirəm" - deyə açıqlama vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm