Burak Özçivitlə Fahriye Evcenin Nyu-Yorka səfərinin səbəbi BƏLLİ OLDU - FOTO
Bizi izləyin

Magazin2

Burak Özçivitlə Fahriye Evcenin Nyu-Yorka səfərinin səbəbi BƏLLİ OLDU - FOTO

Yaxın Şərqdə də çoxlu pərəstişkarları olan Burak Özçivit Devid Bekhemlə reklamda çəkilməyə hazırlaşır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Fahriye Evcenlə Nyu-Yorka getməsinin səbəbi bəlli olub.

Dubay əmiri Şeyx Əl Maktumun İstanbulda tikdirdiyi ticarət mərkəzinin reklam üzü olan Burak Özçivit bu dəfə də Nyu-Yorkda həyata keçirilən layihədə iştirak edəcək.

Türkiyəli aktyor milyard dollarlıq layihənin reklam çarxında dünyaca məşhur futbolçu Devid Bekhemlə birlikdə kamera qarşısına keçəcək.

Məlumat üçün bildirək ki, Burak Yaxın Şərq ölkələrində də yayımlanan reklamlardan 5 milyon qazanmışdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm