Magazin2
Ancelina Coli 6 övladı ilə birlikdə TƏQDİMAT MƏRASİMİNDƏ - FOTO
Ancelina Coli 6 övladı ilə birlikdə "Onlar əvvəlcə atamı öldürdülər: Kambocalı qızın xatirələri” filminin təqdimatında iştirak edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Torontoda Ancelina Colinin rejissorluğu ilə çəkilən “Onlar əvvəlcə atamı öldürdülər: Kambocalı qızın xatirələri” (First They Killed My Father: A Daughter Of Cambodia Remembers) filminin premyerası keçirilib.
Filmin nümayişinə 42 yaşlı kino ulduzu tək yox, öz uşaqları: Meddoks, Paks, Zaxara, Şaylo, Vivyen və Noksla birlikdə gəlib. Premyera Uels şahzadəsinin adını daşıyan teatrda keçirilib.
Ancelina təqdimat üçün Britaniya brendi “Ralph & Russo”dan olan qara asimmetrik paltar seçib.
Premyerada uşaqlarından başqa Ancelinanı eyniadlı roman və onun əsasında yazılan ssenarinin müəllifi Lun Un, aktyorlardan Saraem Srey Mok və Kimxak Mun müşayiət edib.
Film kambocalı yazıçı və hüquq müdafiəçisinin Qırmızı kxmerov kommunist təşkilatının idarə heyətinin ölkənin dinc əhalisini qətl etməsini təsvir edən dəhşətli hekayəsindən danışır.
Colinin yeni layihəsi tənqidçilərin müsbət rəylərini alıb, lakin ulduz çəkilişlərdə uşaqlarla qəddar etməkdə ittiham olunub. O, bütün ittihamları rədd edib, onları "absurd" adlandırıb.
Aytən
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı