Müğənni özündən 20 yaş kiçik həyat yoldaşı haqqında NƏLƏR DEDİ? - FOTO
Bizi izləyin

Magazin2

Müğənni özündən 20 yaş kiçik həyat yoldaşı haqqında NƏLƏR DEDİ? - FOTO

Dünən Kiprdə konsert verən Sərdar Ortaç özündən 20 yaş kiçik olan həyat yoldaşı haqqında maraqlı açıqlamalar verib.

Publika.az “Posta”ya istinadən xəbər verir ki, ifaçı xanımı Xloyanın 25 yaşı tamam olduğunu bildirib.

"Xanım İrlandiyaya getdi. On gün burada olmayacaq, hava limanına birlikdə gəldik. O İngiltərəyə, mənsə buraya uçdum. Xloya burda olmadığı müddətdə yeni albomun hazırlıqlarını bitirəcəyəm. İşlər çox gözəl gedir, 15 mahnı var, amma 12-yə saldıq. Yıldız Tilbe ilə duetim var" deyərək S.Ortaç fanatlarına müjdə verib.

Daha sonra ata olmaq istəyən müğənni şəxsi həyatından danışıb:

"Allahın işini nə mən bilirəm, nə də siz. Planımız yoxdur, anam mənə hamilə qalacağını planlaşdırmışdı? Amma həyat yoldaşımın artıq 25 yaşı tamam olub, ana olmaq üçün yavaş-yavaş hazırdır".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm