Dünya liderlərinin xanımlarına hədiyyə etdiyi MİLYONLUQ NİŞAN ÜZÜKLƏRİ - FOTO
Bizi izləyin

Qadın

Dünya liderlərinin xanımlarına hədiyyə etdiyi MİLYONLUQ NİŞAN ÜZÜKLƏRİ - FOTO

Monarx gəlinlərin nişan üzükləri bütün zamanlarda dəyişməz diqqət obyekti, müzakirə predmeti və əlbəttə ki, ilham mənbəyi olub. İndi isə çoxlarını Böyük Britaniya şahzadəsi Harri ilə evlənməyə hazırlaşan aktrisa Meqan Marklın nişan üzüyünün nəcə olacağı və dəyəri maraqlandırır.

Şahzadə Harrinin valideynlərinin təcrübəsilə gedərək öz sevgilisi üçün tamamilə yeni nişan üzüyü alacağı, yoxsa kral ailəsinin başqa üzvləri kimi monarx ənənələrinə əməl edəcəyi sual altındadır.

Publika.az bu yazıda oxucuları şahzadə, hersoginya və kraliçaların nişan üzüklərinin tarixçəsilə tanış edib.

Qreys Kelli – Monako knyaginyası

Monakonun knyazı Rene ilə aktrisa Qreys Kellinin nikahı faciə ilə bitsə də, əvvəli nağıl kimi başlamışdı. Təmtəraqlı toy, möhtəşəm bal ayı, “Cartier”dən zümrüd qaşlı on karatlıq əfsanəvi üzük və s. Aktrisanın nişan üzüyü qısa müddətdə o dərəcədə populyarlaşır ki, növbəti iyirmi ildə dünyada praktik olaraq hər bir qız onun oxşarını əldə etməyi arzu edirdi. Ancaq çox az adam bilir ki, bu üzük Qreys Kelliyə Renenin hədiyyəsi deyildi. Monako o dövrdə çiçəklənən knyazlıq deyildi və knyazın hədiyyəsi daha təvazökar idi.

Şarlen - Monako knyaginyası

Carın keçmiş üzgüçüsü, şahzadə Şarlen məşhur qayınanasına qətiyyən oxşamır. Və hesab edir ki, bu, onun xeyrinədir, axı Qreys Kellinin taleyi faciəvi sonluqla bitib. Monakonun indiki şahzadəsinin üzüyü “Cartier”in əfsanəvi modeli ilə ümumi heç nəyə malik deyil. Onun həyat yoldaşı seçimini armudşəkilli brilyant qaşlı vintaj üzük üzərində edib.

II Marqreta - Danimarka kraliçası

Marqretaya və şahzadə Henrik bu il brilyant toyunu qeyd etdilər və çox güman ki, onların çox gözəl nikahı üçün padşahın üzüyündən ən yaxşı hədiyyə tapmaq mümkün deyil.

Hər biri altı karat olan, böyük və brilyant qaşlı üzüyü xüsusi olaraq İsveç kral ailəsinin əlamətdar hadisəsi üçün “Van Cleef and Arpels” zərgərlik evi yaradıb.

Mette-Maritalar - Norveç vəliəhdinin xanımı

Vəliəhd Hokon və onun gəlini Mette-Marita son dərəcə təvazökar müstəsna monarx cütlük olublar. Norveç vəliəhdinin xanımı nişan üzüyünü nadir hallarda taxır, həm də həmişə sağ əlinə. Yeri gəlmişkən, model kifayət qədər sadədir, heç bir iri daşı yoxdur, sadəcə xırda brilyantlar və yaqutlarla işlənib.

Viktoriya - İsveç vəliəhdinin xanımı

Şahzadə Viktoriya və onun sevgilisi şahzadə Daniel çağdaş ənənələri müəyyən dərəcədə sevirlər. Viktoriya İsveçdə taxt dəyişikliyidən sonra rəiyyətə ərə gedən birinci kraliçadır. Onun həyat yoldaşı kral ənənələrinə uyğun olaraq Viktoriyaya qızıl üzük hədiyyə etməyib, amma əvəzində Daniel nişanlısına son dəbə uyğun olaraq brilyant qaşlı, ağ qiymətli metaldan hazırlanan üzük bağışlayıb. Bəli, əvvəllər İsveç kral ailəsində sevgililər bir-birinə yaınız sarı qızıldan olan üzüklər hədiyyə edərdilər.

Madlen - İsveç şahzadəsi

Viktoriyanın kiçik bacısı Madlenlə nişanlanan Kristofer Onil də bacanağı Danielin izi ilə gedərək gələcək həyat yoldaşına ağ qızıldan brilyant qaşlı lakonik üzük hədiyyə edib.

Sofiya Hellkvist - Varmland hesoginyası

13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə ailə quran Sofi ölkə tarixində krallıq ailəsinə qəbul edilən və şahzadə titulu alan ilk sadə xalq nümayəndəsidir. Yeri gəlmişkən, Karl Filipp Edmund Bertil də bacıları kimi ənənəyə qarşı çıxaraq sevimli həyat yoldaşına ağ qızıldan sadə üzük hədiyyə edib. Beləliklə də İsveçin kral ailəsində yeni ənənənin əsası qoyulub.

Meri - Danimarka vəliəhdinin həyat yoldaşı

Günlərin bir günü Meri Danimarka kraliçası olacaq. Yəqin ki, məhz buna görə də vəliəhd şahzadə Frederik 2003-ci ildə sevgilisinə yaqut və brilyantla işlənmiş, Danimarka bayrağını xatırladan kifayət qədər vətənpərvər üzük təqdim edib.

Mari - Danimarka şahzadəsi

Danimarka şahzadəsi İoximanın ikinci həyat yoldaşı fransızdır, odur ki, aristokrat aşiq olduğu qadın üçün Fransa bayrağının rənglərinə uyğun: sapfir, yaqut və brilyantla işlənmiş qızıl üzük hədiyyə edib. Görünür, dövlət rəmzləri rəngində üzük hədiyyə etmək yerli ənənədir.

Maksim - Niderland kraliçası

Niderland kraliçası Maksimin nişan üzüyünün orijinallığı ilə deyəsən, hamını keçib. Üzüyün əsas fərqi ondan ibarətdir ki, onu nadir sarı bilyant bəzəyir. 2001-ci ildə kraliçanın həyat yoldaşı üzüyə daha iki brilyant qaşı əlavə edib, nəticədə bu zinət əşyası daha müasir və yeni görkəm alıb.

Matilda - Belçika kraliçası

Belçika şahzadəsi Matilda iki nişan üzüyün xoşbəxt sahibidir. Oval çərçivəli, yaqut və brilyant qaşlı birinci üzüyü ona illər əvvəl şahzadə Filipp hədiyyə edib. Bu üzük yerli zərgərlik evi “Wolfers” tərəfindən düzəldilib. İndi isə hökmdar qadın yaqutdan hazırlanmış üzüyünü vaxtaşırı olaraq onun sapfir alternativilə əvəz edir.

Mari-Şantal - Yunanıstan və Danimarka vəliəhdinin həyat yoldaşı

Yunanıstan vəliəhdi Pavel sevgilisi Mari-Şantala ortası iri saprif, kənarları ürək formasında haşiyələnmiş iki brilyant qaşla işlənmiş qəşəng üzük hədiyyə edib.

Tatyana Blatnik - Yunanıstan və Danimarka şahzadəsi

Yunanıstan şahzadəsi Nikolas əslən Venesualadan olan Tatyana Blatnik onun evlilik təklifini qəbul edəndə sevincdən göyün yeddinci qatına çıxıb. Şahzadə lap nağıllardakı kimi diz çökərək məhəbbət andını içir, sonra isə bir vaxtlarda anası və nənəsinin taxdığı sapfir qaşlı nişan üzüyünü hədiyyə edib. Belə görünür ki, Yunanıstanda sapfir brilyantlardan daha “hörmətlidir”.

Letisiya - İspaniya kraliçası

Kral qızları və gəlinlərinin o qədər bahalı zinət əşyaları istifadə etdiyinə öyrəşmişik ki, İspaniya kralının seçimi bizə qəribə gəlir. Ağ qızıldan və brilyant qaşla işlənmiş lakonik üzük ənənəvi deyil, amma həmişə təmkinli və qəşəng Letisiyaya ideal şəkildə yaraşır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm