“O Səs Türkiyə” münsifləri arasında QIRĞIN - ÇƏKİLİŞLƏR LƏĞV OLUNDU
Bizi izləyin

Magazin2

“O Səs Türkiyə” münsifləri arasında QIRĞIN - ÇƏKİLİŞLƏR LƏĞV OLUNDU

“O Səs Türkiyə”nin münsifləri Yıldız Tilbe ilə Gökhan Özoğuz mübahisə edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Yıldız Tilbe ilə Gökhan Özoğuz arasında “O Səs Türkiyə” çəkilişlərində böyük qalmaqal yaşanıb. Bu səbəbdən də çəkilişlər yarımçıq qalıb.

Bu ildən etibarən “O Səs Türkiyə” də münsif heyətinə daxil olan müğənni iştirakçılar arasında irqçi-ayrıseçkilik edib. Onun bu hərəkəti Gökhan Özoğuzun xoşuna gəlməyib. Elə bu səbəbdən də müğənnilər arasında ilk ciddi mübahisə yaşanıb.

Bəs ulduzlar nə üçün dava edib?

Müsabiqədə Balkan mahnısı səsləndirən bir qadın iştirak edib. Ona bütün münsiflər dönsə də, Yıldız dönməyib. Sonda Yıldız "Ah sən türksən? Mən sənin xarici olduğunu güman etdim. Türk olduğunu bilsəm, dönərdim” deyib.

Yıldızın bu sözləri Gökhanı özündən çıxarıb. O, "Bu yarışmaya xaricilər də gəlir, niyə dönmürsən ki?" deyərək Yıldıza etiraz edib.

Yıldız isə Gökhana belə cavab verib: “Bu, "O Səs Türkiyə” müsabiqəsidir. Odur ki, mən türk axtarıram. Bura “O Səs İngiltərə” deyil, elə olsaydı, ingilis axtarardım".

Səssiz qalmayan Gökhanın "Sən o zaman kürdlərin də yarışmasına etiraz edirsən?" deməsi aləmi bir-birinə vurub.

Mübahisəyə Acun müdaxilə edib mikrofonlarını kəssə də, onları sakitləşdirmək mümkün olmayıb. Bütün iştirakçılar və qonaqlar yola salınıb, çəkilişlər də yarımçıq qalıb.

Yeri gəlmişkən xatırladaq ki, müğənni azərbaycanlı iştirakçı Pərvin Səfərovun şivəsini bəyənmədiyi üçün dönmədiyini bildirmişdi. “Seçəcəyim ifaçı türkcə yaxşı danışmalıdır” deyən Yıldız Tilbe daha çox türk izləyiciləri tərəfindən tənqid olunmuşdu.

Türkiyə mətbuatı Yıldızın bu hərəkətini belə şərh edib: “Yəqin ki, bu mübahisəni ekranda izləməyəcəyik, amma Yıldız Tilbe televiziya proqramları üçün saatlı bomba olduğunu bir daha sübut etdi”.

Məlumat üçün bildirək ki, Yıldız Tilbe İsraillə böhran yaşandığı dövrdə "Allah Hitlerdən razı olsun" tvitə görə çox tənqid edilmişdi. İrqi ayrıseçkilik etdiyi üçün onun “Turkcell” reklamı da ləğv edilmişdi. Belə görünür ki, Yıldız irqi-ayrıseçkilikdən vaz keçməyəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm