Qadın sinəsi... - Britaniya televiziyasında İLK
Bizi izləyin

Magazin2

Qadın sinəsi... - Britaniya televiziyasında İLK

Böyük Britaniyada gündüz efirində ilk dəfə süd vəzisinin xərçəngi haqqında məlumat verilməsi üzrə kampaniya çərçivəsində qadın sinəsini göstərəcəklər.

Publika.az xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.

Bunun üçün icazəni “CoppaFeel” xeyriyyə təşkilatı alıb. Efirdə döş xərçənginin mümkün əlamətlərinin əl ilə yoxlanılmasını göstərəcəklər.

Nəşr yazır ki, gənc qadınların 80 faizi döşlərin sərbəst yoxlanılması ilə məşğul olmurlar. Qadınların əksəriyyəti bunu necə edəcəklərini bilmirlər. Bazar ertəsi – oktyabrın 16-da döş xərçənginin mümkün əlamətlərinin əl ilə yoxlanılmasının qaydasını açıq şəkildə göstərəcəklər. Çarx həmçinin kinoteatrlarda nümayiş etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm