MİLYONÇU sevgilisinə HİRSLƏNƏN model 150 minlik maşını HOVUZA atdı – FOTOLAR
Bizi izləyin

Magazin2

MİLYONÇU sevgilisinə HİRSLƏNƏN model 150 minlik maşını HOVUZA atdı – FOTOLAR

Amerikalı biznesmen Qay Centayl Bahama adalarında tətildə olarkən 24 yaşlı model sevgilisi Kristina Kaçmeydən ayrılıb.

Publika.az xəbər verir ki, buna səbəb isə onun Kristinaya 50 min dollar verməməsi olub.

Belə ki, həmişə getdikləri bahalı restoranda bir araya gələn sevgililər yemək yeyiblər. Yemək zamanı Kristina bildirib ki, ona yeni biznes qurmağı üçün 50 min dollar pul lazımdır. Qay isə onun bu istəyini cavabsız qoyub və pulu verə bilməyəcəyini söyləyib. Hadisələr isə bundan sonra baş verib.

Kaçmey bir fincan isti çayı hər kəsin qarşısında sevgilisinin üstünə töküb və Qayın avtomobili ilə evə qayıdıb. Hirsi soyumayan model sevgilisinin 150 min dollar dəyərində olan maşınını hovuza atıb.

Sevgililər açıqlama verərək, hər biri özünü haqlı çıxarıb.

41 yaşlı Qay Centayl: “Avtomobili hovuzda görəndə elə bildim Kristina da içərisindədir, dəli olmuşdum. Ancaq tamam başqa mənzərə ilə qarşılaşdım və çox əsəbiləşdim. Onunla fikrim ciddi idi, bundan sonra heç bir şəkildə münasibət qurmayacam”.

Kristina Kaçmey etdiyi hərəkətə bəraət qazandırıb:

“Mənə söz vermişdi ki, maddi və mənəvi olaraq həmişə sənin yanındayam. Düşünürəm ki, avtomobili hovuza atmaqla yaxşı iş görmüşəm”.

Qeyd edək ki, model Qay Centayldan 16 yaş kiçik olub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm