BİABIRÇILIQ: məşhur müğənni qala gecəsinə BELƏ GƏLDİ... - FOTOLAR
Bizi izləyin

Magazin2

BİABIRÇILIQ: məşhur müğənni qala gecəsinə BELƏ GƏLDİ... - FOTOLAR

"Bölük” filminin təqdimat mərasiminə qatılan Betül Dəmir bütün diqqətləri üzərinə çəkib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən rejissorluğunu Aytaç Ağların etdiyi “Bölük” filminin təqdimat mərasimi baş tutub.

Filmin qala gecəsində baş rolların ifaçıları Kaan Yıldırım, Hakan Kurtaş, Alina Boz və Aykut Akdere də iştirak edib.

Kaan Yıldırım açıqlamasında bildirib ki, filmin uğurlu alınması üçün aktyorlar özünü tamamilə rejissora təslim edib: “İlk filmim olduğundan mənim üçün ayrı bir yeri var. Ümid edirəm ki, tamaşaçı də bizimlə eyni fikirdədir".

Alina Boz isə "Ssenarini oxuduğum andan etibarən bu günə qədər hiss etdiyim həyəcan izaholunmazdır. Həm ağlayıb, həm güldüyüm vaxtlar oldu. İnsani hekayədir, ürəyimə çox toxundu", - deyə bildirib.

Mərasimə qatılan müğənni Betül Dəmir gecənin əsas diqqət çəkən ulduzu olub. O, gecə üçün enlibalaq cins şalvar və kürəyi tamamilə açıq olan, dərin sinə dekolteli köynək seçib.

B.Demir Hülya Avşarın "Kişilər həyat yoldaşına hərdənbir, amma gizli-gizli xəyanət etməlidir” sözlərinə qarşı çıxdığını söyləyib: “Eyni fikirdə deyiləm, xəyanəti heç vaxt bağışlamaram. Mənim də başıma gəlib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm