Tuba Büyüküstün nəhayət ki, gənc sevgilisi ilə əl-ələ göründü - FOTO
Bizi izləyin

Magazin2

Tuba Büyüküstün nəhayət ki, gənc sevgilisi ilə əl-ələ göründü - FOTO

Tuba Büyüküstün özündən 9 yaş kiçik sevgilisi Ümid Evirgenlə ilk dəfə səmimi şəkildə əl-ələ görüntülənib.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, uzun müddətdir sevgili olduqlarını gizlədən cütlük İstanbulda gecə gəzməyə çıxıb. Aktrisa gənc sevgilisi ilə jurnalistlər tərəfindən görüntülənib. Onlar sualları cavabsız qoysa da, əvvəlkilər kimi sərt reaksiya göstərməyiblər.

Məlumat üçün bildirək ki, Ümid Evirgen münasibətlərinin ilk aylarında onları çəkən müxbirə hücum edərək onun kamerasını əlindən almışdı. O, bu hərəkətinə görə, məhkəmədə cavab vermiş, hətta bir neçə gün həbsxanada yatmışdı.

Bundan başqa, Tuba Büyüküstün məşhur aktyor Onur Saylakla 6 il evli olub. Onun bu nikahından 2 qızı var. Onlar iyunun 5-də rəsmi qaydada boşanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm