Məşhur aktrisanın xərçəng olan anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR
Bizi izləyin

Magazin2

Məşhur aktrisanın xərçəng olan anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR

Aktrisa Hazal Kayanın anası xərçəng xəstəliyindən əziyyət çəkir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kino ulduzunun anası instaqramda məlumat verib.

Hazal Kayanın anası Ayşegül Kaya İnstaqram hesabından paylaşdığı şəkillə xərçəng xəstələrinə təsəlli verməyə çalışıb. Saçlarını qızına kəsdirən Ayşegül Kaya keçəl şəklini paylaşaraq "Xərçəng sözü dəhşət yaratsa da, getdikcə normal hal almağa başlayıb. Erkən diaqnostika və operativ müalicə əhəmiyyətlidir. Xoş diləklər üçün təşəkkürlər", - deyə qeyd edib.

Məlumat üçün bildirək ki, Hazal Kayanın bir neçə il əvvəl “Adını Feriha koydum” serialında anasını canlandıran Vahidə Gördüm də döş xərçənginə yoluxmuşdu. Bu səbəbdən də aktrisa sözügedən serialdan ayrılmışdı. V.Gördüm saçlarını çəkiliş meydançasında kəsdirmişdi.

Uzun müddət müalicə alan Vahidə Gördümün səhhəti yaxşılaşıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm