"Qızı" ilə evli olan “Klon” serialının Lukası İLLƏR SONRA - FOTOLAR
Bizi izləyin

Magazin2

"Qızı" ilə evli olan “Klon” serialının Lukası İLLƏR SONRA - FOTOLAR

2003-cü ildə Azərbaycanda ən çox izlənilən serial şübhəsiz ki, “Klon” idi. Çayxana və qadın qeybətlərinə mövzu olan ekran işinə şeirlər belə yazılmışdı. İnsanların fikir ayrılıqlarına səbəb olan, qadınları iki seçim arasında qoyan isə Lukasın, yoxsa Səidin Hadeyə daha yaxşı yaraşması məsələsi idi. Yaraşıqlı və xarizmatik aktyorların ayrı-ayrılıqda öz fanat ordusu yaranmışdı.

Publika.az bu gün serialda Lukas, Dieqo və Leo obrazını canlandıran Murilo Benisionın haqqında az bilinən bir məlumatı təqdim diqqətinizə çatıracaq:

Belə ki, həmin dövrlərdə serialda onun qızı Mel (Melissa Ferraz) obrazını canlandıran aktrisa Debora Falabella ilə sevgili olması barədə xəbərlər çıxmışdı. Ancaq bu, təsdiqini tapmamışdı. Aradan xeyli müddət keçməsinə baxmayaraq yayılan şayiələrin yalan olmadığı öz təsdiqini tapır.

Onların bugününə nəzər yetirdikdə qarşımıza evli və iki övlad sahibi olan bir cütlük çıxır. Bir oğlu və bir qızı olan cütlüyün fotolarını təqdim edirik:

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm