Aktrisa SEVİŞMƏ səhnələrinə görə özündən 15 yaş böyük SEVGİLİSİNDƏN AYRILDI
Bizi izləyin

Magazin2

Aktrisa SEVİŞMƏ səhnələrinə görə özündən 15 yaş böyük SEVGİLİSİNDƏN AYRILDI

“Çukur” serialında Sena obrazını canlandıran Dilan Çiçek Denizin sevişmə səhnələri başına bəla olub.

Publika.az xəbər verir ki, aktrisanın sevgilisi Dilanın Aras Bulut İynemli ilə olan sevişmə səhnələrini qəbul edə bilməyib və ondan ayrılıb.

Serialın ilk bölümündən ehtiraslı səhnələrdə oynaması ilə diqqət çəkən 22 yaşlı aktrisa verdiyi müsahibələrin birində sevgilisi haqqında bu sözləri demişdi: “Çox ağıllıdır. Hər mövzuda informasiyası var. Ondan çox şey öyrənirəm. Dörd dil bilir. Elə bilirdim aramızda 15 yaş fərqin olması problem olacaq, ancaq beynim açıldı və həyata fərqli pəncərədən baxmağıma yardım etdi”.

Qeyd edək ki, cütlüyün münasibəti iki il öncə başlamışdı.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm